Xəzər Xəbər

Azərbaycanda GÖRÜNMƏMİŞ OLAY 17 yaşlı yeniyetməyə yaxınları işgəncə verdi sonra...

Hadisə | 14:28 • 12 Fevral 2019
Azərbaycanda GÖRÜNMƏMİŞ OLAY

Yaxınları 17 yaşlı yeniyetməyə işgəncə verib. O, hazırda Azərbaycan Uşaq Birliyinin Sığınacağına yerləşdirilib.

Uşaq Birliyinin sədri Kəmalə Ağazadənin Publika.az-a verdiyi məlumata görə, yeniyetmə məcburi diləndirilib:

"O, əqli qüsurludur, qıcolmaları var, dərmandan asılıdır. Bədənində yanıq izləri var. Yaxınlarının ona işgəncə verdiyini deyir. Bu baxımdan yeniyetmənin ailəsinin onu dilənçiliyə məcbur etdiyini düşünürük. Başında yanıq izi var. Özünün dediyinə görə qıcolmalarına görə daim dərman qəbul edir. Lakin bir dəfə dərman içmədiyinə görə qıcolması tutub və peçin üstünə yıxılıb”.

K.Ağazadə bildirib ki, hazırda həmin şəxsin yaxınları hüquq-mühafizə orqanları tərəfindən axtarılır:

"Artıq o, tibbi müayinədən keçib, sığınacaqdadır. Lakin bundan sonrakı vəziyyəti hüquq-mühafizə orqanlarının axtarışından sonra məlum olacaq”.

Xəbər lenti