Xəzər Xəbər

Belə alçaqlıq olmaz! Hər şey anbaan kamerada

Hadisə | 16:38 • 11 Fevral 2019
Belə alçaqlıq olmaz!

Türkiyədə Zonguldak şəhərinin Ereğli rayonunda naməlum bir adamın, xalq arasında patpat kimi tanınan kənd təsərrüfatı vasitəsinə kəndirlə bağladığı iti dəqiqələrlə maşınının yanından sürüməsi təhlükəsizlik kamerasına əks olunub.

Can verən it, 1 kilometr irəlidə ölü tapılıb.

Hadisə, əvvəlki gün rayona bağlı Yalnızçam kənd yolunda baş verib. Şəxsiyyəti hələ məlum olmayan bir nəfər, kənd təsərrüfatı vasitəsinin sürücüsü qapısına kəndirlə bağladığı iti dəqiqələrcə sürüyüb.

İtin can verdiyi anlar bir evin təhlükəsizlik kamerasına əks olunub. Görüntülərdə sürətlə gedən kənd təsərrüfatı vasitəsinə bağlı olan itin, kəndirdən xilas olmaq üçün çalışdığı görünüb.

Görüntüləri izləyən ev sahibi, iti təxminən 1 kilometr irəlidə kollar arasında ölü tapıb./metbuat.az

Xəbər lenti