Xəzər Xəbər

“Dedim, belə geyinmə, burdan qız-gəlin keçir” – Sulutəpədə qanlı olay

Hadisə | 16:31 • 5 Dekabr 2018
“Dedim, belə geyinmə, burdan qız-gəlin keçir”

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib.

İttihama görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib.

1960-cı il təvəllüdlü Əzizağa Bünyatov mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Xaliq Nəsirova bir neçə bıçaq xəsarəti yetirib.

Yaralı Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Əzizağa Bünyatovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi ittiham elan edilib.

İttihama münasibət bildirən Əzizağa Bünyatov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

O qeyd edib ki, qonşusu Xaliq Nəsirovu əslində söyüş söydüyü üçün bıçaqlayıb: "Məhləmizdə qapının ağzında köynəksiz oturmuşdum. Bu zaman qonşum Xaliq geyimimə irad bildirdi və gözlənilmədən məni nalayiq söyüşlərlə söyməyə başladı. Mən də evə girib, bıçağı götürüb qayıtdım və onu bıçaqladım. Kim olsa, bu söyüşləri götürməzdi”.

O, əməlindən peşman olduğunu bildirib.

Daha sonra ifadə verən zərərçəkmiş Xaliq Nəsirov bildirib ki, qonşusuna məhəllədə çılpaq oturduğu üçün irad bildirib. "Əzizağaya dedim ki, belə geyinmə, yol qırağıdır, burdan qız-gəlin keçir. Camaatın anası-bacısı var, olmaz belə. Ancaq söyüş söyməmişəm. O mənim sözümdən sonra evdən bıçağı götürüb üstümə gəldi və məni vurdu”.

Növbəti proses dekabrın 12-də davam edəcək.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti