Xəzər Xəbər

7 nəfəri dişləyən canavar quduz çıxdı

Hadisə | 14:21 • 5 Dekabr 2018
7 nəfəri dişləyən canavar quduz çıxdı

Astara rayonunun Şüvi və Züngüləş kəndlərində 7 nəfəri yaralayan canavar quduz imiş.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli xəbəri təsdiqləyib. Onun sözlərinə görə, canavarın başında quduzluq xəstəliyinin daşıyıcısı aşkarlanıb.

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev isə sayta açıqlamasında deyib ki, ötən gün Bakıdan mütəxəssis dəvət edilib. "Hazırda yaralanan 7 nəfərin müalicəsi davam edir, onlara protokola uyğun quduzluq əleyhinə peyvənd vurulub. Paytaxtdan gələn mütəxəssis də müalicənin gedişinə nəzarət etdi, prosesin protokola əsasən aparıldığını təsdiqlədi”, - baş həkim söyləyib.

Əliyev onu da əlavə etdi ki, xəstələrin birində təzyiqin yüksəlməsi müşahidə edilib, amma bu, quduzluğun əlaməti deyil. Sadəcə olaraq, canavarın quduz olduğu müəyyənləşəndən sonra xəstələr, yaxud onların yaxınları narahat olurlar, təşviş yaranır: "Quduzluğun dünyada müalicəsi yoxdur, amma xəstələrdə hələ ki təhlükəli vəziyyət, quduzluğa yoluxma aşkarlanmayıb, bu isə müalicənin düzgün yerinə yetirildiyini söyləməyə əsas verir”.

Qeyd edək ki, hadisə noyabrın 29-da səhər saatlarında baş verib. Şüvi kəndinin mərkəzi küçəsinə kimi gələn canavar yolda olan sakinlərə hücum edib, 4 nəfər yaralanıb. Sonra yaxınlıqdakı Züngüləş kəndinə üz tutub, orada da 3 nəfərə xəsarət yetirib.(virtualaz.org)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti