Xəzər Xəbər

Bağlı qalmış 17 cinayətin üstü açılıb

Hadisə | 12:41 • 5 Dekabr 2018
Bağlı qalmış 17 cinayətin üstü açılıb

Dekabrın 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 10-u "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Xəbər lenti