Xəzər Xəbər

Qayınana gəlinini diri-diri basdırıb, üstünə beton tökdü – Qeyri-adi səbəb

Hadisə | 15:57 • 9 Noyabr 2018
Qayınana gəlinini diri-diri basdırıb, üstünə beton tökdü

Qayınana ilə qayınata birləşərək gəlinlərini diri-diri basdırıblar.

Kirayə verilmiş evin həyətindən, betonun altındakı 2 metr dərinlikdən gəlinin qalıqları tapılıb.

Məhkəmədə qeyd olunan məlumata görə cəsəd elə halda olub ki, barmaq izi vasitəsi ilə kimlik güclə müəyyənləşdirilib.

Braziliyanın Sao Paulo şəhərində qayınana ilə qayınata birləşərək oğullarından ayrılmış gəlinləri Marcia Mirandanı diri-diri basdırıb, üstünə beton töküblər. Onlar bu əməli nəvələri onlarla birlikdə qalsın deyə törədiblər.

Belə ki, 60 yaşlı Maria Izilda ilə 62 yaşlı Fernando de Oliveira keçmiş gəlinləri ilə görüş təyin ediblər. Sonra ona yeni tutduqları kirayə evi göstərmək bəhanəsi ilə hadisənin baş verdiyi yerə aparıblar. Ər ilə arvad gəlinlərini həyətdə qazdıqları quyuya diri-diri basdırıblar.

Autopsiya nəticələrindən məlum olub ki, o, basdırılarkən diri olub və oksigen çatışmazlığından ölüb.

Qadın oktyabr ayının 2-dən itkin düşsə də, ekspertiza nəticələri ayın axırı çıxıb. Ər-arvad cinayət törətdiklərinə görə həbs olunublar./Milli.Az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti