Xəzər Xəbər

Ac ayı oğlanı parça-parça etdi

Hadisə | 14:17 • 9 Noyabr 2018
Ac ayı oğlanı parça-parça etdi

Xilasedicilər əraziyə çatanda ayı parçaladığı yeniyetmənin qalıqlarını basdırırmış.

Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasının Lazo kəndində faciə baş verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı Rodion və 13 yaşlı Boris adlı iki yeniyetmə atalarının iş yerində olan saunaya gediblər. Və ora gedə bilmək üçün ayılar olan meşədən keçməli olublar.

Ayıların qış yuxusuna getdiyindən əmin olan uşaqlar bu yoldan rahat keçiblər. Lakin saunadan çıxaraq yenidən həmin meşə ilə qayıdan uşaqlar bu dəfə ayı ilə qarşılaşıblar.

Ayı Borisə hücum edib. Rodion ayının diqqətini dağıtmaq üçün müxtəlif hərəkətlər edib və heyvanın qəzəbinə tuş gəlib. Ayı Borisdən əl çəkərək Rodiona hücum edib.

Boris başından və qolundan yaralansa da, kəndə qaçaraq kömək çağırıb. Xilasedicilər Rodionu xilas etmək üçün meşəyə gəliblər. Onlar həmin əraziyə çatanda ayı parçaladığı Rodionun qalıqlarını basdırırdı. Uşağın boynunu qırmışdı, qabırğalarını parçalamışdı.

Rəsmilər bildiriblər ki, bu illər ərzində həmin ərazilərdə ayılar uşaqlara hücum etməyib. Bu, bir ilkdir.

Qeyd edək ki, Kamçatkada ayılar bəzən ac olanda kəndlərə gələrək yemək axtarırlar. Avqust ayında 23 yaşlı gənc də kəndə gələn ac ayının şikarına çevrilmişdi.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti