Xəzər Xəbər

Qonşusunun sirrini danışdı, şantaja məruz qaldı – triller filmi kimi olay

Hadisə | 18:41 • 12 Oktyabr 2018
Qonşusunun sirrini danışdı, şantaja məruz qaldı

Qonşusunun oğurluq etdiyindən şübhələnən şəxsin başına iş gəlib. Onun özünü öz şübhələri ilə şantaj ediblər.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 22-nə təyin edilib.

Hadisə bu il Bakıda baş verib.

Məlumata görə, Emin Mərdanov və Emil Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək ondan 15 min manat pul tələb ediblər.

İttiham aktına əsasən, zərərçəkmiş Sədyar Salayev çalışdığı obyektdə qonşusunun pivə oğurladığından şübhələnib.

Daha sonra bu barədə tanışları Emin Mərdanov və Emil Hüseynova deyib.

Lakin Sədyar bu məsələnin qonşusuna çatmasını istəməyib. Tanışlarından da xahiş edib ki, qonşusuna bu barədə heç nə demədilər.

Amma daha sonra Emin və Emil plan quraraq Sədyar Salayevi hədələyərək həmin şübhələrini qonşusuna deyəcəkləri söyləyiblər. Bunun qarşılığında ondan 15 min manat pul tələb ediblər.

Məlumata görə, Sədyar Salayev əvvəl onlara 7 min 500 manat pul verib. Həmin şəxslər zərərçəkmişdən növbəti dəfə pul tələb edən zaman o, hüquq-mühafizə orqanlarına müracət edib.

İttihamda göstərilir ki, Sədyar Salayev həmin şəxlərlə növbəti görüşdə polislərin verdiyi 2000 dolları verib. Daha sonra hüquq-mühafizə orqanları əməkdaşları E.Mərdanovla E.Hüseynovu saxlayıb. Məhkəmənin qərarı ilə onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti