Xəzər Xəbər

Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib

Hadisə | 15:28 • 12 Oktyabr 2018
Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib

Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. (report.az)

Xəbər lenti