Tərtər rayonunda minaya düşən Azad Həsənovun vəziyyəti ağırdır.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, xəstə hazırda nəzarət altındadır.
"Vəziyyəti
pisdir. Xəstədə sol ayağının travmatik amputasiyası, sağ baldırın arxa
səthinin geniş cırılmış yarası, xayalığın zədələnməsi və hər iki xayanın
amputasiyası, hər iki saidin geniş cırılmış yarası qeydə alınıb”, -
deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov bu gün Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.