Xəzər Xəbər

Bakıda dilənçiliyə məcbur edilən azyaşlı bacı-qardaş tapıldı

Hadisə | 18:48 • 10 Oktyabr 2018
Bakıda dilənçiliyə məcbur edilən azyaşlı bacı-qardaş tapıldı

Bakıda küçədə dilənməyə məcbur edilən 2 azyaşlı uşaq tapılıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Publika.az-a bildirib ki, Yasamal rayonu ərazisində polis tərəfindən saxlanılan uşaqlar birliyin sığınacağına yerləşdirilib.

K.Ağazadə bildirib ki, azyaşlılardan oğlanın 4, qızın 5 yaşı var.

"Uşaqların ikisi də pis vəziyyətdə idi. Hazırda onlar müayinə edilir. Oğlanın ayaqlarında yanıq izləri var. Oğlanın əlində pul var idi, hər ikisi fiziki zorakılığa məruz qalıb, dilənçiliyə məcbur edilib. Uşaqların yaşı azdır, özləri barədə dolğun məlumat verə bilmirlər. Hələ adlarını belə öyrənə bilməmişik.

Mənim ehtimalıma görə onlar roman tayfalarından olan ailələrin övladlarıdır. Uşaqlar bir müddət sığınacaqda qalacaq, onlara psixoloji, tibbi yardım göstəriləcək. Daha sonra valideynləri tapılmazsa, dövlət müəssisəsinə yerləşdiriləcək”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti