İspaniyanın məşhur tətil mərkəzlərindən olan Mallorkada gecə yarısı baş vermiş sel beş nəfərin ölümünə səbəb olub.
Dünyasını dəyişənlər arasında taksi ilə səyahət edən iki ingilis turist də var, onların sürücülərindən də xəbər alınmayıb.
Sosial mediadakı paylaşımlardan bəlli olur ki, sel küçələri viran qoyub, özü ilə birlikdə maşınları da sürüyüb.
Hətta sakinlər evlərini su basdığına görə dama çıxıblar.
İspaniya ordusu çoxsaylı xilasetmə qruplarını və axtarış itlərini Mallorkaya göndərib.
AzNews.az