Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə
verilən məlumata görə, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə
müraciət edərək Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin
ona hücum edərək xəsarət yetirdiklərini daha sonra mobil telefon və
noutbukunu əlindən aldıqlarını bildirib. Qeyd edilən hadisədən 3 gün
sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət
edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər
tərəfindən zorla onun əlindən aldığını bildirib.
Hər
iki quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsində dərhal
araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətlərin eyni
şəxslər tərəfindən törədildiyi müəyyənləşib. Quldurluqları törətməkdə
şübhəli bilinən Bakı
şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda
tutularaq istintaqa təqdim ediliblər. Həmçinin qeyd etmək lazımdır ki,
saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif
dərəcəli bədən xəsarətləri yetiriblər.
Qeyd
edilən faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan material
araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Gördüyünüz
şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə
Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nizami Rayon Polis
İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.