Dünən İstanbulda
saxlanılmış "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün
çıxaırldığı məhkəmədə azadlığa buraxılıb. XəzərXəbər xəbər verir ki, Musavat.com-un Türkiyədəki mənbədən aldığı məlumata
görə, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə
prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi
yoxdur.
Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının
dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər
əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana
ekstradisiya ediləcəyini yazmışdı.
Ancaq bilgili qaynaqlardan
məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki
N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və
ölkəni tərk edib. Barəsində aparılan müvafiq araşdırma işləri başa
çatdıqdan sonra, daha dəqiqi, oktyabrın 10-da azad ediləcək.
Göründüyü kimi, onun gözlənildiyindən bir gün əvvəl sərbəst buraxıblar.