Xəzər Xəbər

Sumqayıtda yanğın, sakinlər təxliyə edildi

Hadisə | 13:46 • 9 Oktyabr 2018
Sumqayıtda yanğın, sakinlər təxliyə edildi

Sumqayıtda yanğın hadisəsi baş verib.


FHN-dən xezerxeber.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb.


Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti