Xəzər Xəbər

Şamaxıda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə | 14:25 • 13 Sentyabr 2018
Şamaxıda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Sentyabrın 13-də saat 11 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun 4-cü kilometrində ölümlə nəticələnən ağır yol qəzası baş verib.


İlkin məlumata görə, rayonun Səfalı kənd sakini 1948-ci il təvəllüdlü İmaməliyev Bahadur Məhərrəm oğlunun idarə etdiyi "UAZ” markalı avtomobil Şamaxı şəhər sakini 1994-cü il təvəllüdlü Niyazov İlham Polad oğlunun idarə etdiyi "Nissan Sunny” markalı avtomobillə toqquşub.


"Nissan Sunny” markalı avtomobilin sürücüsü İlham Niyazov hadisə yerində ölüb. "UAZ” markalı avtomobilin sürücüsü Bahadur İmaməliyev müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.


Hadisə ilə bağlı araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti