Xəzər Xəbər

81 yaşlı qadının brilyant üzüyünü barmağından çıxarıb qaçdılar - BAKIDA

Hadisə | 10:31 • 13 Sentyabr 2018
81 yaşlı qadının brilyant üzüyünü barmağından çıxarıb qaçdılar -

Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət ediblər.


Hadisə paytaxtın Xətai rayonu, Sovxoz küçəsi, ev 12, mənzil 1-də baş verib.


Həmin mənzildə yaşayan 1937-ci il təvəllüdlü Nağıyeva Xədicə Bəhlul qızı evində tək olduğu zaman 2 nəfər naməlum şəxs evə basqın edib.


Həmin şəxslər qadını hədələyərək onun barmağındakı brilyant qaşlı üzüyü çıxarıb qaçıblar.


Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. (Trend)

Xəbər lenti