"Qardaşım Elçinlə bir
dəfə telefon əlaqəsi saxlaya bilmişik. Söhbətimiz zamanı o, qətllə bağlı
heç nə demədi. Hal-əhval tutduq, salamat olduğunu dedi”Bunu
AzVision.az-a Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.
Onun sözlərinə görə, qardaşı Elçin Hüseynov vəkili ilə söhbətində
xanəndə Miryusifin qətlindən xəbərsiz olduğunu söyləyib və ifadəsini
dəyişib.
"Hazırda Elçinin işini Ağcabədi Rayon Polis İdarəsi araşdırır. Biz onunla hələ də üz-üzə danışa bilməmişik. Bərdə
rayon Polis İdarəsində verdiyi izahatla vəkilinə verdiyi izahat
bir-birini təkzib edir. Orada qətli etiraf edirdisə, burada isə tamamilə
əksini deyir. Düşünürük ki, onu qorxudublar, bəlkə də buna görə ilkin
ifadəsində qətldən xəbərdar olduğunu deyib. Biz də bilmirik, hadisə necə
olub, günahkar kimdir. Yəqin, araşdırmadan sonra həqiqətlər üzə
çıxacaq”.
Qeyd edək ki, avqust ayında xanəndə Novruz Hüseynov
yaxın dostu Miryusif Mirizadəni bıçaqla qətlə yetirib, daha sonra isə
özünü Qarabağ kanalına ataraq intihar edib. Müəmmalı qətllə bağlı
müxtəlif versiyalar səsləndirilib. Məlumata görə, xanəndələr hadisə baş
verən gün narkotik maddə qəbul ediblər. Qətllə əlaqədar araşdırma zamanı
xanəndə Novruz Hüseynovun qardaşı Elçin HÜseynov polis tərəfindən
saxlanılıb. Ona qarşı cinayəti bilib gizlətdiyinə görə iş açılıb,
barəsində həbs qətimkan tədbiri seçilib.
(Qətlə yetirilən xanəndə Miryusif Mirizadə)(İntihar edən xanəndə Novruz Hüseynov)