Həyat tərzini 16 həftə ərzində dəyişdirmək qan təzyiqini aşağı salır və hipertenziya ilə mübarizə aparmaq üçün istifadə edilən dərman miqdarını da azaldır.
Bunu Amerika ürək assosiasiyasının tədqiqatçıları bildiriblər.
Kardioloqlar qeyd ediblər ki, yüksək qan təzyiqi olan insanlar pəhrizə və müntəzəm olaraq idmanla məşğul olmağa xüsusi diqqət ayırmalıdırlar. Bu məsləhət həm kişilərə, həm də qadınlara aiddir.
Alimlər 40-80 yaş arası, artıq çəkisi və yüksək qan təzyiqi olan 129 nəfər üzərində təcrübə apararaq bu qənaətə gəliblər. Onları üç qrupa bölüblər. Hər bir qrup üçün mütəxəssislər 16 həftəlik proqram hazırlayıblar.
Birinci
qrupda meyvə, tərəvəz, qırmızı ət, duzlu qidalar və şirniyyat təqdim
edilib. Bundan başqa həftədə 3 dəfə idmanla məşğul olublar.
İkinci qrupa da eyni qidalar verilib amma idmanla məşğul olmayıblar.
Üçüncü qrupa isə heç bir qida və idman proqramı verilməyib. Bununla
yanaşı heç bir qrup dərmandan istifadə etməyib.16 həftədən sonra isə
nəticələr açıqlanıb. Məlum olub ki, birinci qrupdakılar çəki atıblar və
qan təzyiqləri aşağı düşüb. Digər qruplarda isə bu müşahidə edilməyib.
Eyni zamanda 1-ci qrupa daxil olanların cəmi 15 faizi təcrübədən sonra
dərmana ehtiyac duyub.