Xəzər Xəbər

Nişanlısını ayaqolunda girov saxlayan gənclə bağlı Son xəbər

Hadisə | 16:52 • 11 Sentyabr 2018
Nişanlısını ayaqolunda girov saxlayan gənclə bağlı

Türkiyənin Pendik bölgəsində Mələk Aknil Çoxproqramlı Anadolu liseyində nişanlısını 2 saata yaxın girov saxlayan gənc həbs edilib.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Ər Umud adlı şəxs barışmaq məqsədilə keçmiş nişanlısının çalışdığı məktəbə gedərək onunla danışmağa çalışıb.

Sevdiyi qadından rədd cavabı alan gənc onu liseyin ayaqyoluna kilidləyərək əlindəki bıçaqla girov götürüb.

İstanbul Təhlükəsizlik Asayiş Şöbə Müdirliyinin əməkdaşları 1 saat yarımlıq müzakirədən sonra Ər Umudu razı sala bilib. Polisə təslim olan gənc məhkəmənin elə ilk iclasında həbs edilib.

Xəbər lenti