Xəzər Xəbər

Azərbaycanda qadın ərinin qətlini niyə sifariş verdi? – MÜƏMMA DOLU CİNAYƏT

Hadisə | 16:48 • 11 Sentyabr 2018
Azərbaycanda qadın ərinin qətlini niyə sifariş verdi?

Bir müddət əvvəl Beyləqanda itkin düşən, daha sonra qətlə yetirildiyi məlum olan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Qeyri-rəsmi nikahda yaşadığı Əzizə Sadıqovanın sifarişi ilə Şahsuvar Əsədov tərəfindən qətlə yetirilən 48 yaşlı İldırım Fərhadov fermer olub. O, həm də yaşadığı Türklər kəndində imkanlı şəxs kimi tanınıb.

Bildirilir ki, qonşu Dünyamalılar kəndində yaşayan 38 yaşlı Şahsuvar Əsədovla İldırım Fərhadov qohum olub. Bundan başqa İ.Fərhadovun qardaşı Şahsuvarın bacısı ilə ailə qurub. Onun hansı səbəbdən qohumunu güllələyərək öldürdüyü, Əzizə Sadıqovanın 20 illik həyat yoldaşının qətlini niyə sifariş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, qətlin üstü açılandan sonra Ş.Əsədov İldırımı elə onun həyətində basdırdığını bildirib və həmin yeri hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərib.

Onu da qeyd edək ki, İ.Fərhadovla Ə.Sadıqovanın 3 övladı var.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

Bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

Ə.Sadıqova və Ş.Əsədov saxlanılıblar. Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir. (report)

Xəbər lenti