Xəzər Xəbər

Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri Qətl, soyğunçuluq...

Hadisə | 11:57 • 11 İyul 2018
Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri
Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.


Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri də iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.


AzVision.az-ın əldə məlumatına görə, Rəşad Məmmədəli oğlu Böyükkişiyev 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs Fərrux Xəqani oğlu Qasımov kimi şiə məzhəbli radikal dindardır. O, mütəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti