Xəzər Xəbər

Avtomobil sürüyə girdi 57 qoyun tələf oldu

Hadisə | 11:44 • 10 İyul 2018
Avtomobil sürüyə girdi

İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində avtomobil yoldan keçən çoban və qoyun sürüsünü vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, hadisə Qazax rayonunun Daşsalahlı kəndi ərazisində baş verib.

Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi "Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

Nəticədə, A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti