Xəzər Xəbər

Nazirlik 1,3 milyon manatlıq iddia qaldırıb

Hadisə | 10:23 • 10 İyul 2018
Nazirlik 1,3 milyon manatlıq iddia qaldırıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparılıb.


Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 203 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli "məcburi göstəriş” verilib.


Ümumilikdə, 57 iş üzrə 53000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1276078,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 169 iş üzrə 29257,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına 13, məhkəmələrə 8 iş göndərilib.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti