Xəzər Xəbər

FHN kanat faciəsi ilə bağlı məlumat yaydı

Hadisə | 16:05 • 9 İyul 2018
FHN kanat faciəsi ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.


FHN-in mətbuat xidmətindən XəzərXəbər-ə daxil olan məlumatda bildirilib: "Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb".


Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəbər lenti