Yasamal RPİ-nin 29-cu
Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov iyunun 10-na
keçən gecə yaşadığı evin qarşısından "VAZ-2107” markalı avtomobilinin
qaçırıldığını bildirib.
DİN XəzərXəbər-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qeyd edilən avtomobilin Kürdəmir
rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib və görülmüş
tədbirlərlə həmin nəqliyyat vasitəsi rayon ərazisində polis əməkdaşları
tərəfindən saxlanılıb.
Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub.
29-cu
Polis Şöbəsində aparılan araşdırmalarla R.Mehdiyevin digər cinayətinin
də üstü açılıb. Onun iyunun 2-də Yasamal rayonu ərazisində T.Əsgərovanın
evindən 1500 manat pul oğurladığı da müəyyən edilib. Hər iki faktla
bağlı cinayət işi başlanılıb.