Bakı şəhərində polisin
qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol
hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə
yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər
inzibati məsuliyyətə cəlb olunub.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov
açqlamasında bildirib ki, müəyyən olunan 3 sürücü paytaxtın müvafiq
rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla
inzibati məsuliyyətə cəlb olunub.
Onlardan Salmanov Xəyal
İntiqam oğlu iyunun 10-da 12:30 radələrində "BMW- 528” markalı 90-
ON-083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi
yolda özündən öndə hərkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün
ara məsafəsi saxlamayıb. Öndəki avtomobilin yolda keçid hüququna malik
olduğu halda yol verməyib, ictimai qaydanı və əhalinin dincliyini
nümayişkaranəcasına pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,
yol hərəkəti qaydalarının davamlı olaraq pozması ilə nəticələnən
inzibati xəta tərkibi yaradan hallar törədib. Göstərilən əməllərin
xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin
qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 331 və 511.1-ci
maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib.
Və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini
idarə etmək hüququ 01 (bir il) müddətə məhdudlaşdırılmaqla, onun
barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilib.
Digər
təqsirli Hümbətov Elçin Məcnun oğlu iyunun iyunun 9-da 00:05 radələrində
"Chevrolet” markalı, 10-OZ-919 dövlət qeydiyyat nişanlı avtomobillə
payatxtın Tbilisi prospekitndə avtomobili idarə edərkən ictimai qaydanı
və ictimai təhlükəsiziliyi nümayişkaranə şəkildə davamlı olaraq
pozamaqla inzibati xəta törədib. Göstərilən əməllərin xüsusatlarına
müvafiq olaraq, E.Hümbətov Yasamal Rayon Məhkəməsinin qərarı ilə
İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə təqsirli bilinərək,
nəqliyyat vasitəsinin idarə etmək hüququ 1 (bir) il müddətə
məhdudlaşdırılmaqla, onun barəsində 30 (otuz) gün müddətinə həbs tətbiq
edilib.
Eləcə də təqsirli olaraq həbs edilən Hüseynov Kamal
Vahid oğlu iyunun 11-də səhər saatlarında polisin qanunu tələblərinə
tabe olmayıb. Polis əməkdaşları onu sakitliyə nizam-intizama dəvət
etsələr də o buna məhəl qoymayıb, qəsdən tabesizlik nümayiş etdirib.
Toplanan matreallar əsasında vətəndaşın əməlinə hüququ qiymət verilməsi
üçün 17-ci Polis Bölməsində baxılmaqla müvafiq rayon məhkəməsinə
göndərilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar
Məcəlləsinin 535.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı
törətməkdə təqsirli bilinməklə K.Hüseynov barəsində 10 (on gün)
müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
"Həbs
edilən hər üç şəxslə Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs
Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə həbs olunanlarla
profilaktik söhbətlər aparıb. Yol polisinin fəaliyyətinin birbaşa
olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlidiyini
onların diqqətinə çatdırılmaqla bildirilib ki, bu fəaliyyətin əsasını
təşkil edən məsuliyyət hissi təkcə bir insanın yox, bütün cəmiyyəti
qayğılandırır. Ona görə də yollarda hərəkət iştirakçılarının intizam və
məsuliyyəti diqqət mərkəzində saxlanılır. Avtomobillə cəmiyyətə açıq
hörmətsizlik ifadə edən şəxslərin hər biri ilə fərdi – profilaktik
söhətlər aparılıb. Görüşdə törədilən hər bir əmələ görə cəzalan şəxslər
bu əməllərindən peşimançılıq duyduqlarını bildirib, törətdikləri əməlin
nə qədər təhlükəli olduğunu acıq etiraf etməklə sürücüləri yollarda daha
həsas və diqqətli olmalarını tövsiyyə ediblər. Onlar sürücüləri yol
hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər
hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində
verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər"-deyə V.Əsədov
qeyd edib.