İyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, Xəzər
Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə
sakini Aqşin Məmmədovun yaşadığı evin həyətindəki qarajdan çəkisi 305
qram marixuana aşkar edilərək götürülüb.
Sumqayıt Şəhər Polis
İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri
əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər oğurluğa və
narkotikə görə məhkum olunmuşlar - Natiq İsmayılov və Emin Hüseynov
saxlanılıblar. Şəxsi axtarış zamanı N.İsmayılovdan 440 qram,
E.Hüseynovdan isə 450 qram marixuana aşkar edilərək götürülüb. Faktlarla
bağlı cinayət işləri başlanılıb.