Xəzər Xəbər

Qaçırılmış avtomobildən silah-sursat tapıldı

Hadisə | 12:51 • 12 İyun 2018
Qaçırılmış avtomobildən silah-sursat tapıldı
İyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən "VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, "İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub.


Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb. Xəzər RPİ-də araşdırma aparılır.

Xəbər lenti