Xəzər Xəbər

Taksi sürücüsü əli qapıya ilişən kişini metrlərlə məsafədə sürüyüb - Mingəçevirdə

Hadisə | 10:17 • 12 İyun 2018
Taksi sürücüsü əli qapıya ilişən kişini metrlərlə məsafədə sürüyüb -

Mingəçevir şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 12 ünvanında qeydə alınıb.


Üç uşaq atası olan 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Abbasov Məhərrəm Nazim oğlu "VAZ-2106" markalı avtomobildə əyləşən keçmiş həyat yoldaşı və azyaşlı qızı ilə danışmaq üçün nəqliyyat vasitəsinə yaxınlaşıb. Lakin sürücü buna imkan verməyib və avtomobili işə salaraq sürüb. Maşın hərəkət edən zaman M.Abbasovun əli naməlum şəraitdə avtomobilə ilişib. Buna baxmayaraq sürücü maşını saxlamayıb və onu müəyyən məsafəyədək sürüyərək hadisə yerindən qaçıb. Nəticədə əl, diz, kürək və qarın nahiyələrindən ciddi xəsarət alan 36 yaşlı kişi xəstəxanaya yerləşdirilib.


Hadisəni törədən sürücü isə sonradan polis tərəfindən saxlanılıb.


M.Abbasov ayrıldıqdan sonra kiçik qızı keçmiş həyat yoldaşının, bir oğlu ilə qızı isə onun himayəsində qalıb.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar