Xəzər Xəbər

Saxta yuyucu vasitələr satan şəxslər saxlanılıb

Hadisə | 14:08 • 16 Aprel 2018
Saxta yuyucu vasitələr satan şəxslər saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub. ​


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə "Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.

​Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş "Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər. ​Götürülən maddi sübutlar ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti