Xəzər Xəbər

Bakıda daha bir dəhşət: ögey qızını zorladı

Hadisə | 15:29 • 14 Fevral 2018
Bakıda daha bir dəhşət:

Zorlanmanın qurbanı olan 20 yaşlı qız polisə əvvəllər məhkum olmuş atalığından şikayət edib

Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır.

XəzərXəbər xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.


Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F. müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.


Qeyd edək ki, kişi əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialların qanunsuz yayımı) ilə həbs olunub və 2 il bundan əvvəl həbsdən çıxıb.


2018-ci ilin başlanmasından bu yana daxili işlər orqanları Bakıda 7 zorlama faktını qeydə alıb. Onlardan 6-sının üstü açılıb

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti