Xəzər Xəbər

Bərdədə oğru iş başında yaxalandı

Hadisə | 17:32 • 13 Fevral 2018
Bərdədə oğru iş başında yaxalandı

Bərdə rayon sakini Müşfiq Ələkbərov fevralın 12-də Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək ona məxsus evin həyətinə oğurluq niyyəti ilə naməlum şəxslərin daxil olduğu barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Vaxt itirmədən əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində naməlum şəxs evə daxil olmaq istəyərkən saxlanılıb. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib.

Polis şöbəsinə gətirilən İ. Babayevin üzərinə baxış zamanı 7.68 qram marixuana və kağız bükülüdə 0.35 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Bu zaman onun evindən sellofan torbada çəkisi 560 qram olan marixuana və sellofan bükümdə çəkisi 1.58 qram olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti