Xəzər Xəbər

Qeyri-rəsmi yaşadığı kişinin bağırsaqlarını deşdi TƏFƏRRÜAT

Hadisə | 14:00 • 13 Fevral 2018
Qeyri-rəsmi yaşadığı kişinin bağırsaqlarını deşdi

Ağdamın Xındırıstan kəndində baş vermiş bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub.

Kənd sakinlərindən birinin XəzərXəbər-ə verdiyi məlumata görə, 44 yaşlı qadın qeyri-rəsmi yaşadığı kişini, oğlunun Xındırıstanda yaşayan qaynanasının evinə qonaq dəvət edib:

"Onların biri Gəncədən, digəri isə Bərdədəndir, hər ikisi kəndə qonaq gəlib. Hadisə isə dünən gecə baş verib. Kişinin telefonuna zəng gəlib. Lalə sevgilisindən zəng edənin kim olduğunu soruşduqda, kişi müxtəlif bəhanələr gətirərək sualdan yayınmağa çalışıb. Bundan əsəbləşən qadın onun üstünə cumaraq bıçaqla bir neçə yerdən xəsarət yetirib. Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.

Bərdə rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, qeyri-rəsmi yaşadığı qadın tərəfindən bıçaqlanan kişinin vəziyyəti ağırdır:

"Xəstə bizə döş qəfəsi və qarın boşluğundan bıçaqlanma yarası ilə daxil olub. Bağırsaq bir neçə yerdən deşilib. Biz onu əməliyyat etdik. Hazırda reanimasiyadadır, səhhəti də ağırdır”.

Qeyd edək ki, Ağdamda bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. O, Bərdə rayonundan olan 1974 təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L.Əliyeva ilə P.Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti