Xəzər Xəbər

Sərnişin taksi sürücüsünü bıçaqladı

Hadisə | 13:29 • 13 Fevral 2018
Sərnişin taksi sürücüsünü bıçaqladı

Şirvanda sərnişin taksi sürücüsünü bıçaqlayıb.

Hadisə Şirvan Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Sərnişin, 1979-cu il təvəllüdlü Teymur Əliyev taksi sürücüsü, 1987-ci il təvəllüdlü Afiq Novruzovu boynundan bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən T. Əliyev saxlanılıb.

Məlumata görə, onların hər ikisi dializ xəstəsi olub./apa

Xəbər lenti