Xəzər Xəbər

Rusiyada helikopter qəzaya uğrayıb: ölən və yaralananlar var

Hadisə | 15:59 • 12 Fevral 2018
Rusiyada helikopter qəzaya uğrayıb:

Rusiyada Mi-8 heolikopteri sərt eniş edib, bundan sonra yanmağa başlayıb. Hadisə Tomsk yaxınlığında baş verib.

Məlum olub ki, hava gəmisi hansısa səbəbdən affekt halında öz evini yandıran 45 yaşlı qadını yaxınlıqdakı xəstəxanaya aparırmış. Ev tamamilə yansa da qadın zərər çəkməyib. Bu günkü qəzada da hər iki pilot həyatını itirsə də, qadın sağ qalıb.

Ölənlərin cəsədləri hələ də dağıntılar altındadır. Bundan başqa 4 nəfər yaralanıb.

Ümumilikdə göyərtədə 6 nəfər olub – tibbi briqada, pasiyent və heyət üzvləri./faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti