Xəzər Xəbər

Masallıda məktəbdə yanğın Şagirdlər təxliyə olundu

Hadisə | 13:00 • 12 Fevral 2018
Masallıda məktəbdə yanğın

Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti