Xəzər Xəbər

Rusiyada yol qəzasında 8 nəfər ölüb

Hadisə | 10:48 • 10 Fevral 2018
Rusiyada yol qəzasında 8 nəfər ölüb

Rusiyanın Krasnoyarsk diyarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında "Honda” markalı avtomobillə "KamAZ” toqquşub.

Nəticədə "Honda”da olan bütün sərnişinlər, 8 nəfər ölüb. "KamAZ”ınsürücüsü xəsarət almayıb.

Ölənlərdən ikisi azyaşlı, biri isə 17 yaşlı qızdır. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər lenti