Xəzər Xəbər

Həyat yoldaşını əmisi oğlu ilə tutan gəncdən dəhşətli cinayət

Hadisə | 16:14 • 9 Fevral 2018
Həyat yoldaşını əmisi oğlu ilə tutan gəncdən

Əvvəl dayısı oğlunu, sonra dayısı oğlu ilə eşq yaşayan arvadını, daha sonra isə özünü öldürdü.

Türkiyədə dəhşətli cinayət hadisəsi yaşanıb.

Hadisə Türkiyənin Konya şəhərində baş verib.


Belə ki, Halit Kılıçer 3 uşağının anası Asiye Kılıçerin telefonuna dayısı oğlu Adem Kılıçerdən gələn mesajları görəndə dəhşətə gəlib.


O, həyat yoldaşı ilə birlikdə Adəmlə üzləşməyə gedib. Danışıq zamanı Halit dayısı oğlu Ademi silahla atəş açaraq başından vurub.


Asiye ilə hadisə yerindən uzaqlaşan Halit maşında gedərkən əvvəl arvadını, daha sonra özünü başından vuraraq öldürüb. Yol kənarındakı şübhəli avtomobilin yoxlanması üçün sakinlər tərəfindən polisə xəbər verilib.


Polis tərəfindən edilən araşdırmaya görə, Halit Kılıçerin üzərindən bir məktub çıxıb.


Məktubda: "Mən namussuzun biriyəm, çox pis bir şey etdim. Halitimi bir dənəmə xəyanət etdim. Nəfsimə hakim ola bilmədim, heç kəsin günahı yoxdur, tək günahkar mənəm. Uşaqlarıma yaxşı baxın. Səni sevirəm, Halit” deyə yazılıb. Məktubun Asiye Kılıçer tərəfindən yazıldığı təxmin edilir.

Xəbər lenti