Xəzər Xəbər

Saatlıda BƏDBƏXT HADİSƏ Qolu pambıqtəmizləyən qurğuda qaldı

Hadisə | 13:46 • 14 Yanvar 2018
Saatlıda BƏDBƏXT HADİSƏ

Saatlı rayonunun pambıq zavodunda bədbəxt hadisə baş verib.

XəzərXəbər xəbər verir ki, zavodda işləyən 35 yaşlı Əliabad kənd sakini Musayev Anar Abduləzim oğlunun qol nahiyəsi ehtiyatsızlıqdan pambıqtəmizləyən qurğuda qalıb.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Anar Musayev xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti