Xəzər Xəbər

Yanan tankerdə iki dənizçinin cəsədi aşkarlanıb

Hadisə | 14:57 • 13 Yanvar 2018
Yanan tankerdə iki dənizçinin cəsədi aşkarlanıb

Şərqi Çin dənizində İran tankerinin Honkonqa məxsus yük gəmisi ilə toqquşması nəticəsində həlak olan iki dənizçinin cəsədi aşkarlanıb.

Xezerxeber.az İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 13-də səhər saatlarında yanan tankerə daxil olan çinli xilasedicilər orada iki ekipaj üzvünün cəsədini aşkarlayıblar. İran milli tanker kompaniyasının baş direktoru Kian Ersinin sözlərinə görə, hava şəraiti və oksigen çatışmazlığı səbəbindən yanan tankerdə yarım saatdan çox qala bilməyən xilasedicilər axtarış əməliyyatını dayandırmağa məcbur olublar.

Xatırladaq ki, tanker yanvarın 6-da Şərqi Çin dənizində Çinin yük gəmisi ilə toqquşduqdan sonra yanmağa başlayıb. Qəzanın səbəbləri hələ də aydınlaşmayıb. Bundan əvvəl tankerin ekipaj üzvlərindən birinın cəsədinin aşkar olunduğu barədə məlumat verilmişdi. Faciə zamanı tankerin göyərtəsində ümumilikdə 32 nəfər – 30 İran və 2 Banqladeş vətəndaşı olub.

Koreyanın "Hanwha TOTAL Co” kompaniyası tərəfindən icarəyə götürülən tankerin İran milli neft kompaniyasına məxsus kondensatı daşıyarkən qəzaya uğradığı bildirilir.

Xəbər lenti