Xəzər Xəbər

25 yaşlı qadını tok vurub öldürdü

Hadisə | 09:48 • 15 Noyabr 2017
25 yaşlı qadını tok vurub öldürdü

Biləsuvar rayonunda elektrik cərəyanı 25 yaşlı qadının həyatına son qoyub.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 25 yaşlı Salatın Eynulla qızı Mirişova elektrik cərəyanı vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti