Xəzər Xəbər

Şamaxıdakı qətlin üstü açıldı: Oğul ögey anasını ...

Hadisə | 10:31 • 14 Noyabr 2017
Şamaxıdakı qətlin üstü açıldı:

Hadisə noyabrın 13-də baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib. Daha sonra R.Bağırov ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb.

R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. (trend)

***

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

Hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb.

Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. Bu gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətl hadisəsinin kim tərəfindən və nə üçün törədilməsi hələ ki, məlum deyil. Araşdırma zamanı məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu hazırda mərhum Badam Bağırovanın öldüyü həyətdə yaşayır.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Xəbər lenti