Xəzər Xəbər

Xızıda döyüş sursatları tapıldı

Hadisə | 09:20 • 14 Noyabr 2017
Xızıda döyüş sursatları tapıldı

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan XəzərXəbər-ə verilən məlumata görə, noyabrın 13-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 107 ədəd partlamamış hərbi sursat (PHS), 219 ədəd partlamış-yanmış mərmi qalıqları və 403 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 129 500 kv.m (112.95 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 68 gün ərzində 15 216 ədəd partlamamış hərbi sursat (PHS), 7 702 ədəd partlamış-yanmış sursat qalıqları və 65 414 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 65 692 985 kv.m (6 569 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər lenti