Xəzər Xəbər

Hakim boşanma işinə baxdığı qadınla sevgili oldu, sonra isə əri öyrəndi — Dəhşətli son

Hadisə | 13:25 • 13 Noyabr 2017
Hakim boşanma işinə baxdığı qadınla sevgili oldu, sonra isə əri öyrəndi

Hakimin boşanma işinə baxdığı qadınla eşq macərası qanlı sonluqla nəticələnib.

Hadisə Türkiyənin Kayseri şəhərində ba. verib. V.Ö. adlı hakim boşanma prosesində ər E.Ç.-nın 6 ay müddətinə uzaqlaşdırılması barədə hökm çıxarıb. Sonra isə hakim xarici vətəndaş A.Ç.adlı qadınla eşq yaşamağa başlayıb. Qadının əri hakimlə arvadını parkda tutub. E.Ç. hakimi bıçaqla yaralayıb. Qısqanc ər həbs edilib, hakim isə işdən qovulub.

Hadisə avqust ayında başlayıb. Xarici vətəndaş olan qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. 30 oktyabr tarixinə məhkəmə iclası təyin edilir. Yenidən məhkəməyə müraciət edən qadın uşaqların ona verilməsini tələb edib. Bundan başqa ərinin evdən uzaqlaşdırılmasını istəyib.
Hakim isə qadının tələbini qəbul edib və ər 6 ay müddətinə evdən uzaqlaşdırılıb.

Qadının mobil nömrəsini alan və evli olan hakim 10 gün sonra "mən hakim, vəziyyətiniz necədir?" ismarıcını göndərir və "bir dəyişiklik yoxdur" cavabını alıb. Bundan sonra iki tərəf arasında yazışma artıb. Hakim və qadın bir-birlərinə foto da göndəriblər.

21 sentyabr tarixində qadın hakimə oxuduğu bir kitabı vermək istədiyini mesajla bildirib. Cütlük qadının evinin yanındakı parkda görüşüb. Bir müddət parkda oturan cütlük öpüşməyə başlayıb. Bu zaman uşaqlarını görmək üçün evə gələn E.Ç. arvadı ilə hakimi parkda öpüşən yerdə görüb çılğına dönür. Hakim və ər arasında dava düşür və E.Ç. hakimi bıçaqlayır.

Hakim müalicə aldığı xəstəxanada baş verənləri gizləmək istəsə də, bıçaqla yaralanma hadisəsi polisə xəbər verilir. Saxlanılan E.Ç. həbs edilir. Hakim isə işdən qovulur./olke.az

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti