Daxili işlər orqanları
əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri növbəti uğurlu
əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə
olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar
dəstənin üzvləri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, bu il noyabrın 8-də Bakı
şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ)
müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə
olarkən borcu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə
birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən
sonra Akademik H.Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar.
Həmin
şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması
müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri
təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər. Nərimanov RPİ
əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış
tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər
dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan
Ağalı saxlanılıb.
Qeyd edək ki, dəstə üzvləri R.Kəngərlini
oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində
yerləşən kirayə yaşadığı evdə saxlayıblar. Saxlanılan şəxslərdən
R.Ramazanovun üzərinə baxış zamanı 1 ədəd idman tapançası, 1 ədəd
gözyaşardıcı qaz balonu, 2 ədəd bıçaq, 20 ədəd "Fenadiazepin”, 20 ədəd
"Tramadol”, 9 ədəd "Contromal”, 2 ədəd "Gerica” psixotrop həbləri
həbləri, eləcə də 2.031 qram heroin, R.Əmirxanlıdan isə 2.931 ram heroin
aşkar olunaraq götürülüb.
Faktla
bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və
əməliyyat tədbirləri davam etdirilir.