Xəzər Xəbər

Azərbaycanda kanalizasiya quyusu zəncirvari qəzaya səbəb olub - FOTO

Hadisə | 10:14 • 13 Oktyabr 2017
Azərbaycanda kanalizasiya quyusu zəncirvari qəzaya səbəb olub -
İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu 90-KB-263 dövlət nömrə nişanlı "VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobili qarşıdan gələn 99-FL-865 dövlət nömrə nişanlı "Mercedes” və 90-EE-048 dövlət nömrə nişanlı "VAZ 014” markalı minik avtomobillərinə çırpıb.

Hadisə nəticəsində Asim Əlislamlı və "VAZ 014” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)











Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti