Xəzər Xəbər

Bakıda maşınla vurulan qadın xəstəxanada ölüb

Hadisə | 11:53 • 12 Oktyabr 2017
Bakıda maşınla vurulan qadın xəstəxanada ölüb

Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

Xezerxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 9-da Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini Elvin Həbibov idarə etdiyi "Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Kəmalə Əbdürəhimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 11-də orada ölüb.

Araşdırma aparılır.

Xəbər lenti