Xəzər Xəbər

Şamaxıda kütləvi dava Çobanla arvadı döyüldü

Hadisə | 13:38 • 10 Oktyabr 2017
Şamaxıda kütləvi dava

Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb.

Hadisə rayonun Çarhan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qulam Səftərovla xırdabuynuzlu mal-qaranı kəndin ərazisində ortaran rayonun Şəhriyar qəsəbəsinin sakini Mehman Osmanov arasında mübahisə yaranıb. Səbəb isə həmin kəndin ərazisində başqa qəsəbə va ya kəndlərin sakinlərinə məxsus mal-qaranın otarılmasına kənd sakinlərinin qarşı çıxması olub. Buna görə də Çarhan kəndinin sakinləri orada heyvanları otaran çoban, rayonun Şəhriyar kənd sakini M.Osmanovdan mal-qaranı kəndin otlaq sahəsindən uzaqlaşdırmağı tələb ediblər.

Daha sonra mübahisəyə qoşulan Çahran kəndinin üç nəfər sakini çobanın yaşadığı evə hücum edərək onu və həyat yoldaşını döyüblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan ər-arvad qonşular tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırılır./report

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti