Oğurluq etmiş şəxsin çoxsaylı oxşar əməlləri üzə çıxıb.
XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən avqustun 10-da Gəncə şəhər sakini Orxan Sadıqovun "QAZel” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov tutulub.